Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prezidentdə təqdim olunacaq
20.10.12 02:19

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dekabr ayında prezidentdə təqdim olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.

E.Aslanov xatırladıb ki, ötən il konsepsiyanın hazırlanması ilə bağlı prezident sərəncam imzalayıb və proqramın hazırlanması ilə bağlı müvafiq qurumlar iş aparıblar. Onun sözlərinə görə, bu strategiya Azərbaycanın yalnız iqtisadi və sosial inkişafını deyil, həmçinin 2020-ci ildə Azərbaycanda demokratik təsisatların daha təkmilləşdirilmiş şəkildə olmasını, QHT-lərin Azərbaycanda fəaliyyətini, üçüncü sektorun cəmiyyətin həyatında daha fəal rol oynamasını və digər məsələləri özündə əks etdirir.
URL / WWW
http://kelam.az/article/a-7347.html