Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nuşirəvan Məhərrəmli: “Prodakşn şirkətlərinə birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır”
19.10.12 01:01

“Azərbaycanda çəkilən seriallara əlavə vəsaitin ayrılması gündəmdədir və bu proses üzərində iş gedir. Əgər vəsait ayrılarsa, o zaman prodakşn şirkətlərinə də birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, ölkədə televiziya kanallarının serial çəkməsində deyil, prodakşnların serial çəkməsində maraqlı olmaq lazımdır: “Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar”. Hazırda göstərilən serialların keyfiyyətinə gəlincə, Şura sədri deyib ki, bir il öncə ilə müqayisədə irəliyə doğru müəyyən dəyişikliklər var: “Amma bu serialların keyfiyyətindən tamamilə razı qalmaq mümkün deyil. Hələ də müəyyən çatışmazlıq və nöqsanlar var. Bayağılıq, şitlik, aktyorların hərəkətlərində sünilik qeydə alınır. Amma onu da qeyd etməliyik ki, bu nöqsanlar tədricən aradan qaldırılır. Dörd ay əvvəl baxdığımız seriallarla indikilər arasında həm aktyorların seçilməsində, həm də keyfiyyət baxımından böyük fərq var”.
URL / WWW
http://kelam.az/article/a-7342.html