Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ədəbi dilə daha çox riayət edən özəl telekanal mükafat qazana bilər
18.10.12 15:01

Özəl telekanallar arasında Azərbaycan ədəbi dilinə daha çox riayət edilməsilə bağlı müsabiqə elan edilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi çərçivəsində aparılan monitorinqlərin nəticəsinə həsr edilən tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli qeyd edib ki, müsabiqənin nəticəsi olaraq mükafat təsis ediləcək. Onun sözlərinə görə, bu məsələ Şuranın qarşında duran əsas problemlərdən biridir. N.Məhərrəmli deyib ki, müsabiqə gələn il keçirilə bilər: “Hesab edirəm ki, belə bir müsabiqə televiziyalar arasında Azərbaycan dilinin qorunması ilə bağlı rəqabət yarada bilər ki, bu da çox yaxşı olar”.
URL / WWW
http://kelam.az/article/a-7341.html