Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqının 127-ci sessiyasında iştirak edəcək
18.10.12 15:01

TÜRKPA nümayəndə heyəti 21-26 oktyabr tarixləri arasında Kanadanın Kvebek şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 127-ci Sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Nümayəndə heyətinə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının sədri və Azərbaycanın Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov rəhbərlik edəcək. Nümayəndələr gənclərin iştirakı, münaqişədən sonra yenidənqurma, parlament toxunulmazlığı, çoxtərəflilik və parlament diplomatiyası, neft və enerji təhlükəsizliyi ilə bağlı mövzularda təşkil olunacaq panellərdə iştirak edə biləcəklər. TÜRKPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
URL / WWW
http://kelam.az/article/a-7340.html