Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramil Usubov: “Türkiyənin yeni səfiri Alper Coşkunla görüşdü”
18.10.12 15:00

Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə nazir dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. General-polkovnik Ramil Usubov səfirə müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə məlumat vermişdir. Nazir deyib ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülüb. Daxili işlər naziri ulu öndərimizin “bir millət, iki dövlət” adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişləndiyini, dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb. O eyni zamanda son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat verib. Qeyd olunub ki, DİN-lər arasında əməkdaşlığa dair sazişin müddəalarına uyğun olaraq yaradılmış Müştərək Komissiya çərçivəsində daxili işlər orqanlarının əməkdaşları üçün iki ölkədə 55 təlim kursları keçirilib, bu təlimlərə 700-dən çox polis əməkdaşı cəlb edilib. R.Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələri və Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və buna görə minnətdarlığını bildirib. Səmimi qəbula, təbrikə və ətraflı məlumata görə təşəkkür edən səfir Alper Coşkun görüşün əlamətdar bir hadisəyə - Azərbaycanın Dövlət müstəqilliyinin bərpası Gününə təsadüf etməsindən, qısa zaman kəsiyində respublikamızın sürətli bir inkişaf yolu keçməsindən məmnunluğunu bildirib. O ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. Görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-7339.html