Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama və Romni ikinci debatda qarşılaşdılar
17.10.12 20:52

ABŞ prezidenti Barak Obama və respublikaçı namizəd Mitt Romni Nyu Yorkda Hofstra Universitetində ikinci dəfə üz-üzə gəliblər. Seçicilərlə görüş formatında keçirilən debatda vətəndaşlardan 11 sualı cavablandıran namizədlər işsizlik, enerji, vergilər və xarici siyasət məsələlərini müzakirə ediblər. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, ötən dəfəki debatdan fərqli olaraq, bu dəfə Barak Obama daha çox ötkəmlik nümayiş etdirib və Romnini bəzi məqamlarda sərt tənqid etməkdən çəkinməyib. Romninin iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü beş müddəalı plana rişxənd edən Obama Respublikaçı namizədin Bain Capital şirkətindəki fəaliyyətini önə çəkib: “Qubernator Romninin beş müddəalı planı yoxdur, bir müddəalı planı var. Bu plan odur ki, yuxarı sinfin nümayəndələri fərqli qaydalarla oynasınlar”. Öz növbəsində Romni Obamanın dəyərləndirməsini reallıqdan xeyli uzaq adlandırıb. Respublikaçı namizəd bəyan etdi ki, orta sinfi sıxan onun planları deyil, prezidentin son dörd ildə yürütdüyü siyasətdir: “Prezidentin siyasəti amerikalıları işə qaytarmayıb”. Namizədlər tez-tez bir-birinin sözünü kəsir, bəzi hallarda aqressiv qarşıdurmaya çıxıblar. Liviyada ABŞ səfirinin öldürülməsi haqda deyilənlərə kəskin reaksiya verən Obama rəqibinin onun milli təhlükəsizlik məsələlərini siyasiləşdirməsi haqda dediklərini “təhqiramiz” adlandırıb. Prezident debat izləyicilərini əmin edib ki, onun administrasiyası ABŞ-a qarşı terror aktları törətmiş adamları cəzalandıracaq.
URL / WWW
http://kelam.az/article/a-7338.html