Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zahid Oruc: “Azərbaycanda indi partiyalar və pul fenomeni açıq müstəviyə çıxır”
17.10.12 20:52

“Artıq 2013-cü ildən başlayaraq Azərbaycanda dövlət partiyaların maliyyə buxovlarından azad olunmasına və yeni sistemin formalaşmasına, əvvəlki qərarlaşmış şəraitin dəyişməsinə doğru mühüm addım atacaq. Lakin bu, heç bir halda onunla ölçülə bilməz ki, partiyaların bu millət qarşısında xidməti və sosial-iqtisadi faydasının ölçüsü büdcədən ayrılan 2 milyon vəsaitə bərabərdir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib. Onun sözlərinə görə, əsas məsələ partiyaların şəffaf idarəçiliyə qədəm qoyması, vəsaitlərin bölgüsü, güclü kadrların formalaşması və partiyaların idarəçiliyinə demokratiyanın gəlməsidir: “İndi hər kəs apardığı mübarizənin o təşkilata hansı faydaları qazandırdığının maddi ekvivalentini biləcək və partiyalar içərisindəki köləlik sisteminə son qoyulacaq. Hətta sadəcə dolu beyni və siyasi fəhmi ilə bir təşkilatın gücünü artıran simaların iqtisadi faydasını ölçən meyar ortaya qoyulacaq”. Deputat deyir ki, xalq qarşısında hər bir vəsaitin hesabatını istəyənlər cəmi bir il sonra Hesablama Palatası qarşısında dayanacaq: “Onda həqiqi partiyalaşmanın səviyyəsindən daha dolğun şəklidə bəhs etmək mümkündür. İndi isə partiyalar və pul fenomeni açıq müstəviyə çıxır. Hansının qalib gələcəyini bir az sonra görəcəyik”.
URL / WWW
http://kelam.az/article/a-7335.html