Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Musiqiçilərimiz MDB ölkələri IV Gənclər Musiqi Akademiyasında iştirak ediblər
17.10.12 02:15

Ukraynanın Lvov şəhərində Xalq artisti Yuri Başmetin himayəsi altında MDB ölkələri IV Gənclər Musiqi Akademiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademiyada gənc musiqiçilər İlham Nəzərov (vokal), Ceyla Seyidova (skripka), Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, akademiya daimi fəaliyyət göstərən tədris müəssisəsi deyil, hər il oktyabr ayında keçirilən beynəlxalq layihədir. Akademiya zamanı tələbələr Sergey Edelman (fortepiano), Aleksandr Trostyanski (skripka), Svetlana Nesterenko (vokal), Vitali Astaxov (viola), Aleksey Seleznyov (violonçel) kimi tanınmış müəllimlərin və əlbəttə ki, Yuri Başmetin ustad siniflərində iştirak etmək imkanı qazanıblar. Qeyd edək ki, 11 ölkədən 42 gənc musiqiçinin iştirak etdiyi Akademiyada Azərbaycanın istedadı gəncləri musiqi ictimaiyyətinin diqqətini cəlb ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Ceyla Seyidova və Üzeyir Mahmudbəylinin ifaçılıq qabiliyyəti yüksək qiymətləndirilib, onlar Akademiyanın konsertlərində müvəffəqiyyətlə çıxış ediblər. Gənc vokalçı İlham Nəzərovun Akademiyada iştirakı və konsertlərdə uğurlu çıxışı xüsusilə böyük əks-səda doğurub. Bas-bariton və kontrtenor partiyalarını ifa edən İlham Nəzərov Lvov Akademiyasının “ulduzu” adlandırılıb. Xatırladaq ki, İlham Nəzərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və “Üns” yaradıcılıq səhnəsinin solistidir. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D’Arte Lirica Akademiyasında təhsil alır.
URL / WWW
http://kelam.az/article/a-7333.html