Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Klinton səfirin öldürülməsinə görə ittihamları qəbul edib
17.10.12 02:15

ABŞ dövlət katibi Hillari Klinton ötən ay Liviyadakı səfirin və daha 4 diplomatın öldürülməsi hadisəsi zamanı təhlükəsizliklə bağlı deyilən ittihamları qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Klinton CNN-ə verdiyi müsahibəsində deyib ki, xaricdəki diplomatların təhlükəsizlik məsələsinə o, cavabdehlik daşıyır. Klintonun sözlərinə görə, prezident Barak Obama və vitse-prezident Co Bayden Benqazidəki konsulluqda təhlükəsizlik məsələləri ilə bağlı qərar verməyib. Barak Obama və prezidentliyə digər namizəd Mitt Romninin oktyabrın 16-da keçiriləcək ikinci debatında Benqazidəki hücumla bağlı sualı cavablandıracağı gözlənir. Romni deyib ki, bu hücum Obamanın xarici siyasətindəki zəiflikləri göstərib.
URL / WWW
http://kelam.az/article/a-7332.html