Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticəsi açıqlanıb
17.10.12 02:15

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün respublikanın əksər bölgələrini təmsil edən 151 məktəb müraciət edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin yekun iclasında deyib. Nazir əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iştirakçıları arasında Bakı məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb və sənədlərin ekspertizasından sonra 111 məktəbin müsabiqənin II mərhələsinə buraxıldığını nəzərə çatdırıb. Müsabiqənin hər üç mərhələsinin yekununa görə 47 məktəbin qalib gəldiyini (3 məktəb Naxçıvan MR üzrə seçilir) söyləyən təhsil naziri ilk 10 yeri tutan məktəblərin adlarını sadalayıb. Nazir builki müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd, Şuşa rayonundan məktəblərin qatılmamasından təəssüfləndiyini bildirib.M.Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etmək üçün 464 nəfər müəllimin sənəd təqdim etdiyini bildirib. Ekspertizanın nəticələrinə görə, daha çox bal topalayan 231 nəfərin növbəti mərhələdə iştirak etmək hüququ qazandığı haqda məlumat verən nazir müsabiqə iştirakçılarının fənlər üzə tərkibini də açıqlayıb. Təhsil naziri qeyd edib ki, müsabiqənin hər üç mərhələsinin balları əsasında müəllimlərin yekun balı müəyyən edilib və ən yüksək nəticə göstərən 95 nəfər müəllim (5 nəfər müəllim Naxçıvan MR üzrə seçilir) qalib gəlib. Sonda “Ən yaxşı ümumtəhsil məktəbi”, eləcə də “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri təltif olunub, məktəb rəhbərlərinə, müəllimlərə sertifikat və vəsiqələr təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-7330.html