Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Oqtay Əsədov: "bp ilə bağlı məsələni siyasiləşdirmək olmaz"
16.10.12 20:15

"bp ilə bağlı məsələni siyasiləşdirmək olmaz". “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. O qeyd edib ki, bp ilə bağlı yerində olan iradları siyasiləşdirmək istəyirlər: "Bu işin məğzindən xəbəri olmayanlar savadsız yazılar yazırlar. Cənab prezident neft hasilatının əlifbasını söylədi. Elementar bir məsələdir ki, proqnozlar yerinə yetirilməlidir. Amma 3 ildir ki, proqnozlar, öhdəliklər yerinə yetirilməyib. Bundan şou, siyasi məsələ yaratmaq heç bir azərbaycanlıya şərəf gətirmir. Azərbaycanda neft hasilatı ilə bağlı bp öz öhdəliklərini yerinə yetirəcək, çünki son xəbərdarlığını aldı". Bu məsələ ilə bağlı deputatlar Zahid Oruc, Sahib Alıyev də münasibət açıqlayaraq, bp ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
URL / WWW
http://kelam.az/article/a-7325.html