Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ərdoğan: “Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub”
16.10.12 23:13

Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) sədrlik etdiyi dövrdə hazırlanan “2015-ci il üçün ECO-ya Baxış Sənədi”ndə gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edib ki, Türkiyə sədrlik etdiyi dövrdə öhdəsinə düşən bütün işləri görüb və kifayət qədər təcrübə də əldə edib: “Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməyə hazırıq”. O, həmçinin təklif edib ki, bütün iştirakçılar bu təşkilatın bütün güc və resurslarından istifadə etsinlər: “Yeni sədrlik etməyə başlayan Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririk”. Qeyd edək ki, bu gün ECO-ya sədrlik Azərbaycana keçib.
URL / WWW
http://kelam.az/article/a-7321.html