Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran müsəlmanların “Nobel mükafatı”nı yaradacaq
16.10.12 15:37

İran Nobel mükafatının müsəlmanlar üçün nəzərdə tutulan analoqunu təsis etmək istəyir. “KƏLAMİNFO” İranın “Fars” agentliyinə istinadən yaydığı xəbərə əsasən, bunu İran İslam Respublikasının vitse-prezidenti Nəsrin Soltanhe bəyan edib. Onun sözlərinə görə, müsəlmanların Nobelə analoji olan mükafatı “Böyük Peyğəmbər adına beynəlxalq mükafat” adlanacaq. Soltanhenin sözlərinə görə, İran hökuməti yeni təsis edəcəyi mükafatı artıq mövcud olan Nobel mükafatına qarşı qoymaq niyyətində deyil. Tehranda sözügedən mükafatın elm və texnika sahəsində görkəmli uğurlara nail olan müsəlman ölkələri alimlərinə verilməsi nəzərdə tutulub. Onun bildirdiyinə görə, bu onlara Nobelin təsis etdiyi beynəlxalq nüfuzlu mükafatlarla mübarizəyə daha yaxşı hazırlaşmaq imkanı yaradacaq. “Mükafat iki ildə bir dəfə müsəlman ölkələrinin alimlərinə elmin 3 sahəsi üzrə veriləcək. Çünki İran elmin müxtəlif sahələrində böyük tərəqqiyə nail ola bilib”.
URL / WWW
http://kelam.az/article/a-7318.html