Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İran XİN: “Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensial var”
16.10.12 15:37

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. E.Məmmədyarov qonağı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. Nazir Azərbaycan-İran ikitərəfli əlaqələrinin inkişaf etdiyini qeyd edib. Əli Əkbər Salehi öz növbəsində Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan və İran arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb. Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin müxtəlif aspektləri və regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
URL / WWW
http://kelam.az/article/a-7317.html