Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yeni Medianın tədris modulları çap olunub
16.10.12 15:36

Multimedia Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərkəz tərəfindən hazırlanan “Yeni Medianın tədris modulları” kitabça formasında çap olunub. Tədris modullarını “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Multimedia Mərkəzi hazırlayıb. Layihə ABŞ-Azərbaycan Medianın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir. Bildirir ki, yeni medianın tədris modulları hazırlanarkən beynəlxalq təcrübə öyrənilib, ölkədə mövcud olan media bazarında kadrlarla bağlı tələb-təklif münasibətləri araşdırılıb, hazırlanan modulların layihələrinin elmi və ictimai müzakirələri keçirilib. Qeyd edək ki, kitabçaya universitetlərdə tədrisi nəzərdə tutulan Yeni mediaya giriş, Onlayn Jurnalistika, Multimedia Jurnalistika və Sosial Media fənlərinin proqramları daxil edilib.Xatırladaq ki, proqramlar BDU və Azərbaycan Universitetlərinin elmi şuralarında müzakirə edilərək bəyənilib, sahə üzrə ekspertlər və peşəkarlar tərəfindən müsbət rəylər verilib. Yeni medianın tədris modulları Təhsil Nazirliyi tərəfindən də təsdiq edilib. Yaxın günlərdə Yeni Medianın tədris modullarının təqdimatı nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-7313.html