Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Litvada parlament seçkilərində müxalifət irəli çıxıb
15.10.12 23:41

Litvada bazar günü seçkilərində sol cinah Əmək partiyası müxalifət irəli çıxıb. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, exit pollar müxalifətçi Əmək partiyasının səslərin 20 faizini, onun koalisiyada tərəfdaşı olacağı gözlənilən mərkəz solçu Sosial Demokrat partiyasının isə səslərin cəmi 18 faizini aldığını göstərir. Bu arada baş nazir Andrius Kubiliusun başçılıq etdiyi mühafizəkar “Vətən Birliyi” səslərin 17 faizini alaraq üçüncü, onun koalisiyada tərəfdaşı Liberal Hərəkat partiyası isə 8 faizi ilə dördüncü yerə çıxıb. Litvanın mühafizəkar hökuməti yüksək işsizlik səviyyəsi və ictimaiyyət arasında qeyri-populyar ciddi iqtisadi tədbirlərə görə böyük dəstəyə malik deyildi. Litvalılar ölkədə yeni nüvə elektrik stansiyasının inşası məsələsində də referendumda səs verirdi. Təhlilçilər nüvə əleyhinə kampaniyanın da uğurlu olacağını əvvəlcədən bildirirdilər.
URL / WWW
http://kelam.az/article/a-7312.html