Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Misir Mərdanov: “Məcburi köçkünlərin yataqxanalardan köçürülməsi mərhələli şəkildə həyata keçirilməlidir”
03.02.10 20:23

Bu ildən ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov hesab edir ki, məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün deyil və bu proses mərhələli şəkildə həyata keçirilməlidir. “Bu barədə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti tərəfindən müəyyən təlimat verilib. Baş nazirin müavini Əli Həsənov da həmin məlumata əsasən yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi ilə bağlı açıqlama verib. Ölkə prezidentinin tapşırığı var ki, ali məktəblərin, ümumiyyətlə, təhsil müəssisələrinin özündə və yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün evlər tikilsin və onlar ora köçürülsün”,-deyən M.Mərdanov vurğulayıb. Onun sözlərinə görə, ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hamısını birdən köçürmək mümkün deyil. O, bunu mərhələli şəkildə həyata keçirilməli olduğunu söyləyib. Xatırdladaq ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu yaxınlarda ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsinin nəzərdə tutulduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-731.html