Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiya, Fransa, Almaniya və Gürcüstana ezam ediləcək
15.10.12 23:41

AMEA Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Tarix İnstitutundan veriblər. AMEA İnstitutun direktoru, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən iclasda xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər müzakirə olunub. İclasda ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə, toplu şəklində nəşr olunmasına diqqətin daha da artırılması xüsusilə qeyd olunub. Həmçinin, indiyədək nəşr olunan sənəd topluları bir daha müzakirə edilib və problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstana ezam edilməsi, bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılması qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-7308.html