Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA sistemi üzrə doktoranturaya qəbul imtahanları başlayıb
15.10.12 19:41

Bu gündən etibarən 2012-2013-cü tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi təşkilat və müəssisələrində fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanları başlayıb. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları oktyabrın 15-16-17-də (Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu üzrə oktyabrın 18-də) keçiriləcək. Fəlsəfə fənnindən imtahanların oktyabrın 22-dən 31-dək keçirilməsi nəzərdə tutulub. Xarici dil fənnindən imtahanlar isə 1-14 noyabr tarixlərində keçiriləcək. Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib.
URL / WWW
http://kelam.az/article/a-7306.html