Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Medal və fəxri ada layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub
15.10.12 19:41

Təhsil Nazirliyində prezident İlham Əliyevin sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində medal və fəxri ada layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Tədbirdə təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il də bir qrup təhsil işçisinin peşə bayramları ərəfəsində “Tərəqqi” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif edildiyini bildirib. Misir Mərdanov təhsil sahəsində əldə olunan uğurlara toxunaraq ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğıdan söz açıb. Son illərdə fəxri ad və medallara layiq görülənlərlə bağlı statistik rəqəmləri nəzərə çatdıran təhsil naziri bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib. Nazir qeyd edib ki, ölkə başçısının sərəncamları ilə Beynəlxalq Müəllim günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 58 nəfər təhsil işçisi “Tərəqqi” medalı ilə təltif olunub, 65 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin ilbəil artdığını söyləyərək ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına, təhsil işçilərinə göstərilən qayğıdan söz açıb. Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib. Mərasimdə “Əməkdar müəllim” fəxri adına layiq görülən Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xalıqov çıxış edərək təltif olunan təhsil işçiləri adından onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-7305.html