Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Azərbaycan kitabları Frankfurtda sərgilənir
11.10.12 23:18

Almaniyanın Frankfurt şəhərində 63-cü beynəlxalq kitab sərgisi keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Frankfurtun Messe Sərgi şəhərciyində 40 kvadrat metr sahədə gözəl dizayna malik olan “Azərbaycan” stendi qurulub.

Tədbirdə ölkəmizi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, M.F.Axundov adına Milli Kitabxananın məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir. “Azərbaycan” stendi sərgi məkanının ən görkəmli yerində, Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan, M.F.Axundov adına Milli Kitabxananın fondlarından gətirilən 350 adda nəfis kitab və 700 nəşr məhsulu nümayiş etdirilir. Oktyabrın 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti və Almaniyanın Mainz Universitetinin bir sıra alimlərinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulur. Yarmarka “Alman Nəşriyyatçıları və Kitab Satıcıları” tərəfindən təşkil olunur. 5 gün ərzində Yarmarkada dünyanın 110 ölkəsinin 7500-dən çox stendi qurulur və 286 mindən çox qonaq iştirak edir.
Azərbaycan Beynəlxalq Frankfurt Kitab Sərgisində beşinci dəfədir ki, iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-7300.html