Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qafqaz Müsəlmanları İdarəsi qanvermə aksiyası keçirəcək
04.02.10 03:18

Fevralın 4-5-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məhərrəm ayının 40-cı günü ilə əlaqədar Səhiyyə Nazirliyi ilə birgə qanvermə aksiyası keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, qanvermə kampaniyası fevralın 4-dü Təzəpir, fevralın 5-də isə Əjdərbəy məscidində, Buzovnadakı Əli-Qədəmgah ziyarətgahında və Şüvəlandakı Mirmövsüm Ağa ziyarətgahında təşkil ediləcək. R.Dadaşova kampaniya zamanı toplanacaq qanın talassemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün tədarük ediləcəyini vurğulayıb. Qeyd edək ki, bu aksiyaya qoşulmaq istəyənlər könüllü şəkildə sözügedən məscid və ziyarətgahlara gedə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-730.html