Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » QHT Əməkdaşlıq Alyansının Ümumi Yığıncağı keçirilib
11.10.12 20:18

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının ali orqanı olan Ümumi Yığıncağının müzakirələri keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, 51 aparıcı QHT-ni özündə birləşdirən Alyans Ümumi Yığıncaqda öz fəaliyyətini qiymətləndirərək yeni istiqamətləri təsdiqləyib. Təşkilat Komitəsinin rəhbəri Rufiz Qonaqov bildirib ki, QHT Əməkdaşlıq Alyansı dövlətçilikdə, ölkənin milli dəyərlərinin inkişaf etdirilməsində və təbliğində öz məhsuldar töhfələrini verib. Daha sonra Ümumi Yığıncağın işçi orqanları seçildikdən sonra hesabatlar dinlənilib. QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT-lərin fəaliyyəti haqqında danışarkən bildirib ki, Alyans özü üçün yeni təşəbbüslər formalaşdıracaq: “Bu cür Alyansların yaradılması cəmiyyətin əsas tendensiyalarını göstərir. Bugünkü Ümumi Yığıncaq vətəndaş cəmiyyətinin inkişafına da, hökumət və QHT-lər arasında da öz töhfələrini verəcək”.
URL / WWW
http://kelam.az/article/a-7297.html