Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BMT: Erkən nikah qızların sağlamlığını təhlükəyə atır
11.10.12 22:18

Yer üzərində hər gün qızlar ayrı-seçkilik, zorakılıq və  sui-istifadə ilə üzləşirlər. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər BMT-nin baş katibi adından Beynəlxalq Qız Övladı Günü ilə bağlı yayılan məlumatda qeyd edilib.

Bildirilib ki, qızlara sərmayə qoyulması mənəvi borcdur – fundamental ədalət və bərabərlik məsələsidir və həmçinin, Qadınlara Qarşı Bütün Növ Ayrı-Seçkiliyin Aradan Qaldırılması və Uşaq Hüquqları üzrə Konvensiyalara əsasən bir öhdəlikdir. Bu həm də Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda, iqtisadi artımda tərəqqi, dinc və yekdil cəmiyyətlərin qurulması yolunda mühüm rol oynayır.
Vurğulanıb ki, dünyada iyirmi – iyirmi dörd yaş arası hər üç qadından biri – təxminən 70 milyon gənc qadın 18 yaşına çatmamış ailə qurub. Son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etməkdədir. Erkən nikah qızları imkanlardan məhrum edir. Bu onların sağlamlığını təhlükəyə atır, zorakılıq və sui - istifadəyə imkan yaradır, erkən və arzu olunmayan hamiləliklə - bir sözlə,  həyat üçün təhlükəli risklərlə nəticələnir: “Əgər ananın yaşı 18-dən azdırsa, onun körpəsinin 1 yaşına çatmamış tələf olması ehtimalı yaşı 19-dan yuxarı olan anaların körpələri ilə müqayisədə 60 faiz daha çoxdur”. Bildirilib ki, qızların təhsil alması onların erkən nikahdan qorunması üçün ən yaxşı strategiyalardan biridir. Qızlar məktəbdə öz təhsillərinə davam etdikləri və erkən yaşlarında ailə qurmadıqları zaman, onlar özləri və həm də ailələri üçün daha yaxşı həyatın təməlini qoya bilərlər.
URL / WWW
http://kelam.az/article/a-7296.html