Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta məktəblərin atlaslarında dəyişikliklər aparılacaq
11.10.12 20:18

“Gələn ildən etibarən orta məktəblərin  atlaslarında dəyişikliklər aparılacaq. Həmçinin əvvəlkilərdən fərqli olaraq kontur xəritələr də atlasların içərisinə yerləşdiriləcək. Artıq bu işlərin hazırlığına başlanılıb”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.
M.Bayramov deyib ki, yeniliklər 6, 7, 8, 9 və 10-cu siniflərin atlaslarında olacaq. Onun sözlərinə görə, artıq 10-cu siniflər üçün yeni atlasın hazırlanması işinə başlanılıb. M.Bayramov deyib ki, 10-cu siniflərin atlası növbəti tədris ilinə hazır olacaq. Bütün atlaslar orta məktəblərin proqramlarına uyğun hazırlanacaq.
URL / WWW
http://kelam.az/article/a-7294.html