Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Komitə sədri: “Azərbaycanda ildən ilə ali məktəbə daxil olan qızların sayı kəskin azalır”
11.10.12 20:18

“Azərbaycanda erkən nikah halları daha çox maddi vəziyyəti nisbətən ağır olan və çoxuşaqlı ailələrdə müşahidə olunur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə bildirib.O qeyd edib ki, eyni zamanda çox imkanlı ailələr də mülkiyyətlərini qorumaq və artırmaq üçün qızlarını erkən nikaha sövq edirlər. Onun sözlərinə görə, Azərbaycanda qızların erkən yaşında ərə verilməsi problemi qızların təhsildən kənar düşməsinə səbəb olur və ildən ilə ali məktəbə daxil olan qızların sayı kəskin azalır: “Ənənəvi dindarlığın və kəbin kəsdirmə meylinin get-gedə güclənməsini nəzərə alaraq, erkən nikahlar zamanı kəbindən istifadə edilməsinin qarşısını almaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsinin bu barədə xüsusi sərəncamına görə, nikah haqqında rəsmi şəhadətnamə olmadan mollanın kəbin kəsmək hüququ yoxdur. Buna baxmayaraq, hələ də 15-16 yaşlı qızlarla kəbin bağlanılır. İndi bu hallar nəinki ucqar kənd və rayonları, şəhərləri də əhatə edir”.
H.Hüseynova bildirib ki, bununla bağlı Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutan maddə olsa da, indiyə qədər nikah yaşına çatmayan qızla ailə qurmağa görə cinayət məsuliyyətinə cəlb olunmaqla bağlı bir fakta da rast gəlinməyib. Komitə sədri qeyd edib ki, erkən nikaha girən şəxslərin toy mərasimində bəzən rayon icra hakimiyyətinin və digər aidiyyəti qurumların nümayəndələri də iştirak edir və onlar bu faktların qarşısını almaq üçün heç bir tədbir görmürlər. H.Hüseynova aidiyyəti qurumların nümayəndələrinə müraciət edərək erkən nikah problemi ilə ciddi mübarizə aparılmasının vacibliyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-7293.html