Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT nümayəndələri RİTN-də olublar
12.10.12 02:18

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) ATƏT-in nümayəndələri ilə görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov, anti-semitizmlə mübarizə üzrə şəxsi nümayəndəsi Rabbi Andrev Baker, irqçilik, ksenofobiya və diskriminasiya ilə, həmçinin xristianlara və digər dinlərin üzvlərinə qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Katerin Makqines iştirak edib.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, RİTN informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsinə məsul olan qurumdur. Bundan irəli gələrək nazirlik ölkədə telekommunikasiya, informasiya texnologiyaları və poçt sahəsinin inkişaf etdirilməsi missiyasını daşıyır. Nazir müavini əlavə edib ki, internetin inkişaf etdirilməsi də nazirliyin əsas hədəflərindən biridir.ATƏT-in fəaliyyətdə olan sədrinin müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə üzrə şəxsi nümayəndəsi Adil Axmetov internetdə dini təbliğatların aparılması və bu istiqamətdə Azərbaycanın hansı addımlar atdığı ilə maraqlanıb.
Öz növbəsində nazir müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda bu halların həyata keçirilməsi ölkəmizin qanunvericiliyi çərçivəsində baş verir. İnternetin bir vasitə olduğunu qonaqların diqqətinə çatdıran nazir müavini deyib ki, Azərbaycan kompüter cinayətkarlığının qarşısını almaq üçün kibercinayətkarlığa qarşı konvensiyaya qoşulub: “Bu konvensiyadan irəli gələn məsələlərin həyata keçirilməsi üçün nazirliyimiz əlaqələndirici qurum funksiyasını yerinə yetirir”.
Daha sonra A.Axmetov internetdə “Müsəlmanların məsumluğu” filminin fraqmentlərinin yayılması və bunun nəticəsi olaraq bir sıra müsəlman dövlətlərində ixtişaşların yaranmasına diqqət çəkib.
Elmir Vəlizadə vurğulayıb ki, sözügedən materialların internetdə yayılması dünyada dinlərarası qarşıdurma yarada biləcək məsələlərdir. Bu cür hallara qarşı sosial şəbəkələrdə, forumlarda fikirlərin səsləndirildiyini qeyd edən nazir müavini onu da əlavə edib ki, karikaturaların yayılması və dini dəyərlərin aşağılanması məqbul sayıla bilməz: “Müxtəlif saytlar yayılan materiallara daha diqqətli yanaşmalıdır. Çünki onlara nəzarət etmək kimi imkanlar yoxdur. Hesab edirəm ki, belə hallara qarşı beynəlxalq təşkilatlar özləri addımlar ataraq qarşıdurmalara səbəb ola biləcək məsələlərin aradan qaldırılmasına çalışmalıdırlar”.
URL / WWW
http://kelam.az/article/a-7291.html