Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » TÜRKPA dünya gənclərini İstanbula toplayır
11.10.12 23:18

TÜRKPA tərəfindən 14-16 oktyabr tarixində Türkiyənin İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafi Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Konfrans Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının 3 noyabr 2011-ci il tarixində keçirilən birinci iclasında qəbul olunan qərara əsasən həyata keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.

Konfransın keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içində irəliyə götürmək və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır. “Günümüzün Regiondakı Gənc Liderləri Gələcəyin Liderləridir” şüarı ilə təşkil olunacaq Forum TÜRKPA-nın qardaş xalqlar arasında əlaqə və əməkdaşlığı inkişaf etdirməsi istiqamətində atmış olduğu böyük addımlardan biri olacaq. Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə hökuməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verir. Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millət vəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, bürokratlar, beynəlxalq və Qeyri Hökumət Təşkilatları təmsilçiləri iştirak edəcək. Forumun açılış mərasimində Türkiyə Parlamentinin birinci vitse-spikeri cənab Mehmet Sağlam, Türkiyənin gənclər və idman naziri Suat Kılıç, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qırğızıstan Parlamentinin vitse-spikeri Torobay Zulpukarov və digər yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı və çıxışı planlaşdırılır. Beynəlxalq Forumun sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhün və sabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun bir dostluq və qardaşlıq evi olmasının səsləndirilməsi və bu məqsədilə ortaq müraciətin qəbul olunması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7289.html