Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şeyxur–Rəis
11.10.12 15:31

Əbu Əli İbn Sina

Əbu  Əli İbn Sina haqqında bir çox əsərlər yazılmış və gələcəkdə də yazılacaqdır. Təkcə "Tibb Elminin Qanunları" kitabı min ildən çoxdur ki, dünya həkimlərinə yol göstərən dan ulduzudur.
İbn Sinanın bir çox reseptləri hazırda da  böyük əhəmiyyət kəsb edir.
Əbu Əli İbn Sina özünün "Tibb Elminin Qanunları" əsərinin axırıncı - beşinci kitabının əvvəlində  yazmışdır: Əvvəlki dörd kitabda biz insan sağlamlığının qaytarılması və mühafizəsi barədə elmin əhəmiyyətli hissələrini nəzəri və praktik  izah etmişdik.
"Tibb Elminin Qanunları" əsəri dərmanlara və Formokopeyaya həsr olunmuş beşinci kitabla bitir. 

(Əvvəli ötən sayımızda)


 
Beşinci kitab, dərmanların hazırlanması elminə əsaslanan  nəzəri məqalədən, formokopeyaya daxil olan  mürəkkəb dərmanlar  və  xüsusi xəstəliklər zamanı  tətbiq edilmiş mürəkkəb dərmanlara aid  iki fəsildən ibarətdir.  Bu üç mövzunun açıqlaması ilə "Tibb Elminin Qanunları" əsəri  yekunlaşır. Nəzəri məqalə - Mürəkkəb dərmanların vacibliyi.


Mürəkkəb xəstəliklər zamanı  sadə dərmanlar lazımi effekt vermədiyindən, onların  tətbiqi məqbul sayılmır. Məsələn, çobanyastığı bitkisində həlledicilik qabiliyyəti yüksəkdir, lakin büzüşdürücü qabiliyyəti demək olar ki yoxdur. Ona görə də çobanyastığı bitkisinə büzüşdürücü qabiliyyəti yüksək olan dərman bitkisi əlavə olunur. Elə dərmanlar var ki, təsiri çox qüvvətlidir, lakin özü çox acıdır. Belə dərmanların tərkibinə acılığı götürmək  üçün bal və ya şəkər tozu əlavə edilir.  Əksər hallarda qəbul edilən dərmanlar mədədəki turşu, ağızda  və on iki barmaq bağırsaqda olan qələvi mühitinin təsiri nəticəsində öz keyfiyyətlərini itirirlər.


 Bu səbəbdən həmin dərmanlar turşu və qələvidən qorxmayan maddələrin tərkibinə daxil edilir.


Bununla da onlar həmin mühitdə öz təsirlərini itirmirlər.


Əgər biz kanforanı ürəyə çatdırmaq istəyiriksə, onu zəfəranla qarışdırırıq. Zəfəran kanforanın ürəyə çatdırılmasına kömək edir. Kanfora Ürəyə çatandan sonra aktivləşir,  zəfəran passivləşir.      


Formokopeyaya daxil olan mürəkkəb dərmanlar  və xüsusi xəstəliklər zamanı tətbiq edilmiş dərmanların bir neçəsi aşağıda göstərilmişdir:


"Qızılgül siropu"


Mədə və bağırsaq ağrılarını boğazın səs tellərini və qızdırmanı müalicə edir. Hazırlanma qaydası: Qızılgül ləçəklərinin şirəsi çəkilərək şəkər suyu ilə qarışdırılır.  136 qr. Təmizlənmiş qızılgül ləçəklərini şüşə qaba yığıb abın ağzını möhkəm bağlayıb 24 saat saxlamaq lazımdır. Bir sutkadan sonra ləçəkləri qabdan boşaldaraq onları böyük  təzyiqlə sıxmaq lazımdır.  Sıxılmış gül suyunu tənzifdən süzüb üzərinə şəkər tozu əlavə edib qatılaşana qədər zəif odda qaynatmalı. Qatılaşmış məhlulu süzüb sonra qəbul etmək olar.


Qara ciyər və döş qəfəsi orqanlarının ağrıları zamanı təbii bal qəbul eidlə bilər. Hazırlanması: 200 qr. Bal üzərinə  400 ml. su əlavə edib kiçik odda qaynatmaq lazımdır. Qaynayarkən üzərində əmələ gəlmiş kəf yığılmalıdır. Bütün məhlulun 23 hissəsi buxarlandıqdan sonra oddan götürülərək tənzifdən süzülməlidir.  Həmin məhlula bir az zəfəran və darçın əlavə edilir.


"Nanə Siropu"

Ürək bulanması, qusma, gəyirmə zamanı qəbul edilir.


Hazırlanma qaydası: Şirin və turş narı birlikdə əzərək əmələ gəlmiş kütlənin yarısı qalanadək qaynatmaq lazımdır.  Alınmış şirədən 64 qr  götürüb üzərinə 34 qr. nanə suyu, 34 qr. Bal əlavə edib qtılaşanadək qaynatmaq lazımdır. Məhlul tənzifdən süzülərək qəbul edilir.   


Yetişməmiş üzüm şirəsi susuzluğun qarşısını alır, qatılaşmış ödü durulaşdırır və mədəyə yaxşı təsir göstərir.


Hazırlanma qaydası:  Yetişməmiş üzümü sıxıb. Şirəsini çıxardıqdan sonra alınmış məhlulun yarısı qalanadək qaynatmalı, sonra onu süzərək bir gecə saxlamalı. . Ertəsi günü məhlulu yenidən qaba töküb üzərinə 3 qr. Qərənfil ləçəkləri əlavə edib  qatılaşanadək qaynatmalı.  Şirin olması üçün bal və ya şəkər əlavə etmək olar.


...Yerkökü mürəbbəsi böyrəkləri müalicə edir, onurğa sütununun ağrısını götürür, cinsi funksiyaları aktivləşdirir. Hazırlanma qaydası: Yerkökünün təmizlənmiş hər iki tərəfdən uclarını kəsib, üzərinə kökün çəkisi qədər şəkər tozu səpib bütün kütləni örtənə qədər su əlavə etmək lazımdır.  Sonra zəif odun üzərində yerkökü yumşalanadək bişirmək lazımdır. Hazırlanmış mürəbbəni odun üzərindən götürüb  boşqablara tökərək üzərindəki kəfi yığmaq  lazımdır.  Həmin boşqablardakı mürəbbələr kəfi yığıldıqdan sonra  yenidən bir qaba boşaldılır və üzərinə dörd barmaq qalınlığında bal töküb həmin bal dibə çökənə qədər zəif odda  bişməlidir. Hazır mürəbbəni bankalara tökərkən lazım gələrsə, ədviyyat əlavə edilə bilər.   


"Acı badam yağı".

Qadınların  uşaqlıq orqanının ağrıları, şişləri, baş ağrıları, böyrək ağrılarını müalicə edir, eyni zamanda , dəridəki qırışları, gözlərin yorğunluğunu da götürür. Hazırlanma qaydası: 3 kq 400 qr acı badamı təmizləyib qurudandan sonra xırdalamaq lazımdır. Xırdalanmış badamın üzərinə 100 qr. Qaynar su tökülərək 30 dəqiqə saxlanır. Badam yumşalandan sonra  xəmir kimi yoğrularaq başqa bir qaba qoyulur. Həmin kütlənin üzərinə 50 qr su tökülür və bir saat saxlanılır. Bir saatdan sonra həmin kütlə bir daha yoğrulur və əmələ gəlmiş yağdan istifadə edilir.  


Yuxarıda qeyd edilən bəzi resept nümunələri Formokopeya  elminin bu günki inkişaf mərhələsində bir qədər qeyri ciddi görünə bilər.
Lakin X və XI əsrlərdə onlar təbabətdə inqilab etmişlər..   


(ardı var)

Doktor Tofiq Fətullayev, kardioloq
URL / WWW
http://kelam.az/article/a-7284.html