Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Məqampərəstlik
11.10.12 15:31

Dünya tarixində haqq ilə batil arasında həmişə mübarizə gedib. Sonunda da haqq qalib olub. Bu qalibiyyətin özündə də çox böyük zəhmətlər səkilib, qanlar tökülüb, çox-çox qurbanlar verilib. Bütün bunların böyük əksəriyyəti də İslam aləmində baş verib və həmin proses bu gün də davam etməkdədir. Müsəlmanlar insanlara, onların dini mənsubiyyətlərinə, əqidələrinə həmişə hörmətlə yanaşdığı halda, onlar isə İslamın təməllərinə balta vurur. Quranına, Peyğəmbərlərinə, xəlifələrinə və ən nəhayət İslamı təmsil edən din xadimlərinə hörmətsizlik edir, yerli-yersiz təhqirlərə məruz qoyurlar.

Bu gün qloballaşan İslam tolerantlıq məsələlərini ortaya qoyduğu bir zamanda, yenidən İslam Peyğəmbərinə, Onun gətirdiyi Qurani-Kərimə hörmətsizlik etməklə müsəlmanların heysiyyatı ilə oynayırlar. Bu azmış kimi öz içimizdə bəziləri, xüsusən də özünü ilahiyyatçı adlandıran, lakin görünür ilahiyyat elmindən xəbərsiz olan Elşad Mirilər İslamın köksünə bilərəkdən  zərbələr vurur, düşmən dəyirmanına su tökürlər.


Elşad Miri "Müsəlmanların məsumluğu" filminin müzakirəsində guya müsəlmanlara öyüd-nəsihət verməyə çalışır, onları səbirli olmağa dəvət edir. Lakin məqampərəstlik onu elə çaşdırmışdı ki, verdiyi izahatlarla Peyğəmbərə (s) daha çox hörmətsizlik edirdi. Halbuki Allah-Təala Qurani-Kərimdə nəinki axırıncı peyğəmbəri, hətta bütün peyğəmbərləri məsum buyurmuşlar. Bütün bunlara baxmayaraq, özünü ilahiyyatçı adlandıran və Qurani-Kərimdən əsla xəbəri olmayan Elşad Miri Həzrət Mühəmməd (s) barədə "onun da səhvi və nöqsanı var", - deməklə o həzrətin haqqında film çəkən reæissordan daha çox təhqir etmiş oldu. Halbuki Allah-Təala Qurani-Kərimdə nəinki peyğəmbər, hətta onun  Əhli-beytini bütün eyb-nöqsanlardan pak qərar verməsi haqqında arayış verir. Necə ki, “əl-Əhzab” surəsinin 33-cü ayəsində buyurulur: “... siz ey Peyğəmbərin ev əhli, Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz (pak) etmək istər."


Görün və diqqətlə baxın! Allah-Təala peyğəmbər Əhli-beytini pak qərar verdiyi halda, bizim “ilahiyyatçı” Elşad Miri isə məsum Peyğəmbərin (s) özündə də eyb və nöqsan axtarır. Görün, İslam milləti və cografiyası nə günə qalıb ki, Elşad Miri kimi “müfəssiri” var.


Və ya Əhzab surəsinin 56-cı ayəsində Allah-Təala müsəlmanlara xitabən buyurur: “Həqiqətən, Allah və Onun mələkləri peyğəmbərə salavat göndərirlər. (xeyir-dua verirlər) Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd; Əssəlamu əleykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərakatuhu - deyin) təəccüb edirəm ya Elşad Miri müsəlman deyil ya da müsəlman ola-ola Allah-Təaladan qorxmur.


Həzrət Peyğəmbərimiz (s) buyurub: “Hər kim Quranı istədiyi kimi (öz düşündüyü kimi) təfsir etsə, yerini cəhənnəmdə hazır görsün”.


Belə bir misal də var. Nə qədər ki, karvanın ipi axsaq bir saribanın əlindədir, bu karvan qiyamətə qədər ləng gedəcək.


“Əbəsə” surəsinin 1-ci ayəsindən məlum olur ki, burada “əbəsə” üçüncü şəxsin təkinə aiddir, əgər Peyğəmbərə aid olsaydı o zaman muxatəb olardı. Heç şübhəsiz ki, bu ayə Peyğəmbərin yanında oturan varlı bir tarixi şəxsə aiddir ki, iki gözündən də kor olan Abdullah ibn Məktum onun yanında oturanda, o adam özünü və əbasını yığışdırıb kənara çəkildi və üzünü turşutdu...


“Əbəsə” surəsinin 6-cı ayəsinə nəzər salaq: “Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan)”. Bu ayədə söhbət varlı adamlardan gedir. Guya Həzrət Peyğəmbər (s) varlı adam görəndə onun qabağına qaçarmış. Əgər bu ayə Peyğəmbərin (s) özünə aiddirsə, o zaman Həzrət Muhəmmədin (s)  buyurduğu hədisi-şərifi kimə aid edək? O həzrət buyurur: “Hər kim varlının qabağına onun varına görə qaçarsa, dininin üçdə iki hissəsi gedər...”


“Kəhf” surəsinin 28-ci ayəsində buyurulur: "Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru.) Ôani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə."


“Taha” surəsinin 131-ci ayəsində buyurulur: "(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə!) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm daha baqidir. (əzəlidir, əbədidir.) Möminlərdən üzünü döndərmə". Bu ayələri peyğəmbərlə bağlı bilənlər, nəuzubillah onun dinin üçdə iki hissəsini əldən verən və vəzifə borcunu yerinə yetirməyən kimi qəbul etməlidirlər. Hansı ki, bunlar heç bir məzhəb tərəfindən qəbul olunmur.


Qurani-Kərimin “əl-Cinn” surəsinin 26-27-28-ci ayələrinə nəzər yetirək: "Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən  bəzi xəbərlər bildirər). Allah onların önündə  və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki, (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda  olanların hamısını (peyğəmbərlərin əhvalını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)".


“Ali-İmran” surəsinin 159-cu ayəsində buyurulur: "(Ya Muhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!" İnsanlarla mehriban və mehri-məhəbbətlə davranmağın Allahın lütfüdür. Kobud olsaydın ətrafından qaçardılar. Diqqətlə izləyin! Peyğəmbər cahil və bədəvi ərəbləri əhliləşdirməsi onları ətrafına toplamasının  səbəbi onun mehriban olması olubsa, necə demək olar ki, peyğəmbər üz-gözünü turşudurdu. Bu tərifi biz yox, hər şeyi bilən ulu Tanrımız verir. Necə ki, “Nun” surəsi 4-cü ayədə buyurmuşdur: "Doğrudanda, sən böyük bir əxlaq sahibisən (böyük bir din üzərindəsən)" Allah-Təala bu ayəni buyurmaqla Həzrət Peyğəməbərə məsumiyyət şərəfini vermişdir.


Davam edək: Təfsir elmində iltifat deyilən bir məfhum var. İltifat yəni müraciətin hazırdan qeybə, ya əksinə deyilməsidir. Məsələn “Həmd” surəsində 1-ci ayə dən 4-cü ayəsinə qədər qayibdir. Lakin 5-ci ayəsində hazıra keçir.


“İnsan” surəsinin 11-ci ayəsindən 21-ci ayəsinə qədər qayib gəlir, lakin 22-ci ayəsindən hazıra keçir.


Bəzən də ayələr “qızım sənə deyirəm, gəlinim sən eşit” mənasını verilir.


Diqqətlə baxaq! “İsra” surəsinin 23-24-cü ayələrində buyurulur: "...Ata-anana uf demə..." Məgər Peyğəmbərin (s) ata-anası sağ idi? Əlbəttə yox. Deməli burada müraciət Peyğəmbərə (s) olsa da məqsəd ümmətədir.


Habelə “ən-Nəsr” surəsinin 3-cü ayəsində "...və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir."


Sual olunur: “və Ondan bağışlanmağını dilə” ifadəsi Peyğəmbərə (s) aiddirmi? Əlbəttə, burada da hədəf Peyğəmbər (s) ümmətidir.


Bütün bunları deməkdə heç də kiməsə dərs vermək istəmirəm. Lakin özünü ilahiyyatçı və din xadimi kimi qələmə verən Elşad Miriyə demək istəyirəm ki, dünya müsəlmanlarının hörmət və ehtiramla yad etdikləri peyğəmbərə - Həzrəti Muhəmmədə (s) əgər bacarırsa hörmətlə yanaşsın,  Qurani-Kərimi öz düşündüyü kimi təfsir etməsin. Belə bir vəziyyət nə dünyada, nə də axirətdə ona başucalıq gətirməz. Belə bir deyim var: yük altına girməz məgər yük sahibi.


Qazi Hacı Mİrəziz Seyidzadə
URL / WWW
http://kelam.az/article/a-7283.html