Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Canavar balası çaqqal çıxdı
11.10.12 15:19

Belə bir deyim var. Deyillər canavar balası böyüyəndə canavar olar. Bir də deyillər ki, ilan ilandan başqa nə doğar. Heç şübhəsiz hər şey öz əslinə qayıdar. Yaxşıdan yaxşı olar pisdən də pis törənər. Çaqqal heç vaxt şir kimi nərə vura bilməz. Çaqqal elə çaqqal kimi də ulayar. Belə bir rəvayət var. Meşələr aslanı qəflətən ölür. Böyük ətrafı olan çaqqal onun dərisini gecə ikən soyaraq öz üstünə keçirir. Səhər hər yana elan edir ki, meşələr padişahı aslan öldü. Amma özündən sonra vəsiyyətnamə yazıb ki, özündən sonra kim padşah olacaq, qoy cəngəllik sakinləri agah olsun. Hamı iqamətgahın qarşısına toplaşır. Ölən padşahın yaxınları heç nə başa düşmədiyində mat qalırlar.

Aslan dərisi qoymuş çaqqal cır səsilə vəsiyyətnaməni oxuyub özünü Meşələr Aslanı padşah elan edir. Heyrət içində donub qalmış ali heyət bir-birlərinə işarə edib səbir etməyə çağırırlar. Axşama qədər davam edən şənlik qəflətən pozulur. Adəti üzrə şəfəq qaralanda çaqqallar ulamağa başlayırlar. Bu zaman özünü idarə edə bilməyən əslən çaqqal olan şir dərisi altında gizlənən padşah da ulamağa başlayır. Bunu görən meşə sakinləri onun üstünə atılıb çaqqalın  geydiyi aslan dərisini üstünldən çıxarıb murdar bədənini parçalayırlar. Bəli çaqqal leş yiyər. Özü də heyvanların qabağından artıq qalan leşi.


Bəli, çaqqal heç zaman aslan pəncəsində tab gətirməz. Elə bizim meşənin çaqqalı da tab gətirə bilmədi. Belə bir deyim də var. Canavar balası böyüyüb axırda canavar olar. Əgər insanların arasında böyüsə də. Amma bizim meşənin canavarının balası çaqqal çıxdı. İndi də deyirlər ki, tövbə edib Quranı öyrənmək istəyir. Düz söz imiş “filankəsin axırı münəccim olar”. Hələ deyirlər ki, ruhlar onun xəbis cəmdəyini rahat buraxmırlar. Bir neçə yerdə də etiraf edib ki, hərdən gedib o mərhumənin qəbri üstündə dua edirəm ki, mənim bu gizli işim açılmasın. Onu ruhu məni rahat buraxsın. İstəyirəm bilsin ki, o leş yeyən çaqqal xanımın qəbrinin ətrafına dolanmasın. İstəmirəm bizimkilər ona görə yenidən əziyyətə düşsünlər. Yaxşı duası varsa özü üçün oxusun. Çox istəyərdim ki, mən iştirak edən məclislərdə görünməsin. Nə qədər səbirli olsam da qorxuram özümü idarə edə bilməyib camaatın məclisini pozam. Burada tarixi bir hadisəni başağrısı verdiyim hörmətli oxucuların nəzərinə çatdırmaq istəyirəm. 


Vəhşi adlı Qulam Ühud müharibəsində həzrət Peyğəmbərimizin əmisi Həmzəni şəhid edəndə kafir idi. Həmçinin Həmzənin öldürülməsini Əbusufyanın arvadı Hindin təhriki ilə oldu. Sonralar Məkkənin fəthində müsəlmanların kafirlərə - müşriklərə qalib gəlməsindən sonra həzrət peyğəmbər hər kim könüllü gəlib müsəlman olsa onu bağışlayacağam demişdi. O zaman Vəhşi adlı Qulam səhabələrinin birindən xahiş etdi. O belə bir  etməklə peyğəmbərə sorğu göndərmişdi. Görəsən mən müsəlman olsam həzrət peyğəmbər məni bağışlayarmı? Bu sözü həzrət peyğəmbərə çatdırdılar. Həzrət cavabında buyurdu: Vəhşi bu qətli küfr dövründə etmişdir. O müsəlman olandan sonra Allah onu bağışlayar, amma mənim xahişim budur ki, Vəhşi Qulam mənim gözümün önündə çox dolanmasın. Bu da onunla bağlı idi ki, həzrət peyğəmbər hər dəfə onu görəndə əmisi Həmzə onun yadına düşür, və o böyük mücahidin, İslam sərkərdəsinin ağası (seyyidi-şühədanın) vaxtsız həmçinin qiymətsiz bir qulun tərəfindən qafil öldürülməsinə təəssüf edirdi. Bu onun üçün çox ağır idi. Bütün bunlarla belə mən bir əyyaş, narkotik maddələrin satışı ilə məşğul olan zahirən müsəlmanı Vəhşi Qulamla müqayisə etmirəm. Mənim bacımın qatili olan bu həyüla içkili vəziyyətdə habelə, olmayan beyninin dumanlı halında sükan arxasına oturmuş, Gövşan adlısı mərhum bacımı avtomobillə arxadan vuraraq, sonrada üstündən keçərək avtomobilini saxlayıb qışqıraraq ay camaat burda adam vurublar deməklə, kafedə olan adamlardan kömək istəməsi və özünü sığortalaması məni hər zaman, hər an narahat edir. Həyatda yaşamağa rahatlıq vermir. Artıq üstündən illər keçmiş bu hadisə mənim beynimdə xərçəngə bənzər bir xəstəliyə çevrilmişdir. Vəhşi Qulam gəlib etiraf  etməklə həzrət peyğəmbərdən üzr istəməyə çalışdı. Bu məlun isə hələdə öz iyrənc hərəkətlərini ilə mənim beynimə iynə sancır. Doğrudur bu illər ərzində o bir saat olsa belə rahat yaşamamış, və bu gün də cilddən-cildə girməsinə baxmayaraq narahatdır. Kənd əhli və onu tanıyanlar yaxşı bilir ki, bu həyüla canlı olsa da bütün insani keyfiyyətlərdən məhrumdur. Bir müddət özünü peyğəmbər, imam, Allah elçisi adlandırmaqla kənd cavanlarını müəyyən nahamar əqidələrə çəkdi. Uzun saqqal saxladı, əlinə qaragilə toxumundan düzəldilmiş təsbeh aldı. Gah Rusiyanın Saxalin şəhərində narkotik aləm yaratdı, gah zindanlarda dustaq həyatı sürdü. İndi yenidən yenə də hər gecə Allahla söhbət etməyindən zəmanə imamlarından görüşməyindən söhbət açır. Mən bu həyülada təqsir görmürəm. Onunla oturub, onun hərzəvu - hədyanlarına qulaq asanlara təəccüb edirəm. "Təqsir görmürəm" sözünü elə-belə demədim. O nə günah eləyib, onunla işim yoxdur amma o böyük müqəssirdir. O insan qatildir. O, 12 uşaq böyüdən ana qatilidir. Mənim bacımın qatilidir. Bəlkə də vaxilə o və onun ağılsız rəhbərləri gəlib etiraf etsəydilər nə biz bu qədər üstünə gedərdik, nə də o ailə illərlə Rusiyanın çöllərində can verməzdilər. Lakin onlar hadisəni gizlətməklə neçə-neçə ailəni narahatlığa saldılar, neçə-neçə sürücüləri uzun müddət səksəkədə yaşatdılar. Dəftər-kitablarım ilk gündən bacımın qatilinin bu həyüla olmasını mənə bildirmişdi. Boradigah bölmə rəisi Təhmasibin bir neçə nəfərlə birləşib qan pulu alması və üstəlik məni də azdırmağa çalışması heç bir fayda verməsə də illərlə bu həyülanı himayə edə bildilər. Bu gün onların naqis vicdanları onları narahat etsədə və onlar illərlə mənəvi işgəncə çəksələr də tarixin səhifəsində qatil, qan pulu yeyən kimi qaldılar. Heç şübhəsiz qiyamət günü hamının gözü qabağında olan məhkəmədən yaxa qurtara bilməzlər. Baş redaktor olduğum "Kəlam" æurnalının ayrı-ayrı saylarında bu haqda çoxlu məqalələrim, şərhlərim (canavar balası) getdi. Bu da bir növbəti məqaləmdir.

Bu həyülaya nəyinsə xatirinə havadar duranlara yeni bir taziyanəmdir. Və hələ Allah bilir ömrün kifayət eləsə belə taziyanələr nə qədər olacaq. Və mənimlə üzbəüz deyib-danışanlar hələ nə qədər mənəvi əzab çəkərlər. Əgər çəkirlərsə. Şübhəsiz ki, çəkirlər. Axı onlar da düşünən insanlardır. 


Hiyləgər olsalar da insandırlar. Mən ümidvaram ki, gec də olsa, o məsum seyyidənin ölüm hadisəsində az da günahı olan olsa öz layiqli cəzasını çəkəcəklər. Bunu hamı biləcək. Necə ki, bilirlər və əziyyətlərini də çəkiblər... Kim nə əkibsə onu biçməlidir. Hər nə qazanda olsa o da çömçəyə gələcək.


Bizimkilərə gəldikdə isə birmənalı olaraq hamısı narahatdır, hamısı peşmançılıq çəkir. Bu belə də olmalı idi. Onlar elə düşünürdülər ki, zaman keçəcək bu hadisə yavaş-yavaş unudulub gedəcək. Amma belə deyil insan yaşa dolduqca, kamilləşdikcə dərk edir ki, mən filan işi düz eləməmişəm. Oyanan vicdanı onu narahat edir və etiraz etməyə çalaşır. Sözümü doğmalarıma, əmim oğlanlarıma və o adamlara deyirəm ki,  dəfələrlə mənə demişdilər: “Nə vaxtsa yəqin olsa ki, hadisəni törədən qatil Gövşandır kəndin ortasında onu öz əllərimlə boğaram”. Buyurun! Bu kənd, bu kəndin ortası, bu da sən. Qeyrətin çatırsa heç olmasa onun murdar üzünə bir lomba tüpür...


Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-7281.html