Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gəncə şəhəri Azərbaycanın “Əfsanələr Paytaxtı”, Şəki, “Sənətkarlıq Paytaxtı” Qazax isə “Folklor Paytaxtı” elan edilib
03.02.10 03:08

Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramını təsdiq edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib. Milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı, habelə Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrasını təmin etmək məqsədilə 2010-cu il üçün Gəncə şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Şəki şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” və Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib.Məsələ ilə əlaqədar Gəncə, Şəki və Qazax şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-727.html