Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Gözəl Masallı
11.10.12 14:49

Parlaq bir cənnətsən bizim vətəndə
Dağların qoynunda yaşıl çəməndə


Bütün gözəlliklər cəm olub səndə

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.

Alıb ağuşuna sıldırım dağlar

Sənə laylay çalar qaynar bulaqlar

Qəlbimin yolların qəlbinə bağlar

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.

Əqli başdan alır bu xoş təbiət

Hər aldığım nəfəs mənə qənimət

Üstün də sərvətdir, altın da sərvət

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.

Hər barlı yamacın bir cənnət bağı

İsti su isidir soyuq torpağı

Vətən övladına ana qucağı

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.

Çırağban küçələr yarar zülməti

Xiyabanlarında ustad sənəti

Sevinir görənlər bu ülviyyəti

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.

Tarixdən yadigar canlı əsərsən

Daş üstə daş qoyan hər kəsə əhsən

Vəhdəti qoruyan qala kimisən

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.

Mən Əziz Pünhanam hüsnünə aşiq

Bu şerin hüsnünə olmaz müvafiq

Kaş bir oğul olum mən sənə layiq

Nə yaxşı ki, varsan gözəl Masallım

Ən gözəl diyarsan gözəl Masallım.
URL / WWW
http://kelam.az/article/a-7269.html