Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Dəmbədəm canımda mouc eylər təravət eşqidən...
11.10.12 14:49

Dəmbədəm canımda mouc eylər təravət eşqidən,
İstərəm qəlbimdə çün qopsun qiyamət eşqidən.


Mən yanıb qəlblərdə bu cür eylərəm əfqanımı,

Başqa cür əfqan edər, amma ol afət eşqidən.

Xali-ğəbğəb çeşmi məxmur bir dəki zülfi siyah,

Ba vəfa yarım yenə açmış ziyafət eşqidən.

Naz ilə dilbər Züleyxa tək gülür yarım yenə,

Çün bilir mən Yusifi əsrəm əmanət eşqidən.

Gəlsin ol yarla mənim sevdama bir qılsın nəzər,

Kim ki məcnuna uyub eylər rəvayət eşqidən.

Hüsnünü etmiş əta mən binəvaya dilbərim

Mən də can etdim əta olsun əlamət eşqidən.
Neylərəm dünya malın ki, canıma qəsd eyləsin,

Qoy gəlib sevdayi-qəm etsin ticarət eşqidən.

Ey Əziz Pünhan vüsal zövq ilə ömür et bu gün

Vəslidir mənayi eşq onsuz nə həcat eşqidən.


      ***


Toy düyündür şadlıq eylər əhli irfan məhlədə.

Cəmləşibdir hər tərəfdən dost, mehman məhlədə.

Çox gözəl adətdir övlada toy etmək dəhrdə,

Öz evində açasan süfrəyi şayan məhlədə.

Şübhəsiz ruhlar mübarəkdir deyərlər bu toya

Sədrdir seyyid Ayaz, həm Miri Sultan məhlədə.

Təsbeh əldə hac Mirəsgər ağanın öz dəstəsi

Mirbaba, Mirismayıl sahibi dövran məhlədə.

Mirağabba, seyyid Əbdul, Mirhacı mədh eyləyir

Cəm üçün hörmətli kəslər tapdı imkan məhlədə.


Ruhlar azaddır bu gün səf-səf durub şadlıq edər

Həm cavanlar qol açar, şəhbazu tərlan məhlədə.

Kani ismət məhlədə ruhən bu günlər sevinər

Çün ədəblə rəqs edər hər güli-reyhan məhlədə.

Hacı Misəlim qabaqda şəst ilə getsin gərək

Hacı Mirvəli qoy olsun miri-karvan məhlədə.

Nə qədər əğyar ola haqdandır sönməz bu ocaq

Qeyrət etsin hac Səxavət gündə hər an məhlədə.

Hər zaman hac Mirsəidin qeyrəti cuş eyləsin

Etməsin cürət verə bidini fərman məhlədə.

Xoş avazla hac Miryaqub mahur söyləsin

Ağa Zahid də səxasın etsin əfşan məhlədə.

Ta uşaqlıqdan əmanətdar olub hac Mirhəbib,

Cəddi tək çün onda da xalisdi iman məhlədə.

Söyləmək haqqı Əziz Pünhana cəddindən qalıb

Xəstələnmiş qəlblərə ta ola dərman məhlədə.
URL / WWW
http://kelam.az/article/a-7267.html