Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Füzulidə müəllimlərə 20 manata elektron poçt açılması xəbəri təkzib olundu
10.10.12 14:46

Füzuli Rayon Təhsil Şöbəsi bəzi mətbuat vasitələrində qurumla bağlı gedən yazılara münasibət bildirib. Qurumdan “KƏLAMİNFO”ya verilən məlumatda bəzi KİV-də müəllimlərə 20 manata elektron poçt açılması xəbəri təkzib olunur. Füzuli Rayon Təhsil Şöbəsi bildirir ki, elektron poçtun açılması hər bir şəxsin özünə aid olan məsələdir: “Bunun Təhsil Şöbəsinə nə dərəcədə aidiyyəti olduğu başadüşüləcək deyil. Həmçinin yazıda göstərilən Füzuli rayon müəllimlərinin sayı şişirdilmiş şəkildədir. Belə məlum olur ki, bu yazılanlar ağ yalandır, böhtandan başqa bir şey deyil. Bu cür böhtan xarakterli yazılar son dövrlərdə Füzuli Rayon Təhsil Şöbəsinin əldə etdiyi uğurlara kölgə sala bilməz”.
URL / WWW
http://kelam.az/article/a-7265.html