Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə İngiltərəyə gedib
11.10.12 00:46

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə İngiltərəyə gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. O, oktyabrın 10-dan 13-dək İngiltərədə “Examining RISK” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Konfransın təşkilatçısı təhsilin qiymətləndirilməsi ilə məşğul olan Avropanın ən böyük təşkilatı – “Cambridge Assesment”dir. Bu təşkilat 150 ildən artıqdır ki, fəaliyyət göstərir və qiymətləndirmə sahəsi üzrə zəngin təcrübəyə malikdir. Müzakirə olunan məsələlərin əhəmiyyəti nəzərə alınaraq, konfransda yalnız Cambridge Assessment Network (Kembric Qiymətləndirmə Şəbəkəsi) qrupuna daxil olan yerli və beynəlxalq ekspertlər dəvət olunublar. “Examining RISK” mövzusunda keçiriləcək konfransda imtahanların məzmunu və təşkilati işlərlə bağlı meydana çıxa biləcək müxtəlif növ risklərin qarşısının öncədən alınması üçün zəruri olan tədbirlərə dair məruzələr dinləniləcək və bu istiqamətdə geniş müzakirələr aparılacaq. Tədbirdə həmçinin, ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-7263.html