Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
02.02.10 23:08

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında Bakı şəhəri 18 saylı orta məktəbin müəllimi Gültəkin Qayyayeva hazırladığı test tapşırıqlarını müzakirəyə təqdim edib. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi təfəkkürə əsaslanan, kimyəvi hadisə və proseslərin mahiyyətinin açılmasına yönələn, ümumiləşmə və izahat tipli tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-726.html