Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aydın Mirzəzadə: Hərbi qulluğa çağırış yaşının endirilməsi ilə bağlı söz-söhbətin əsası yoxdur
11.10.12 00:46

“Azərbaycanda hərbi qulluqla bağlı yaş həddinin mövcud variantı özünü tamamilə doğruldur və göstərilən 35 yaş həddi variantı sağlamlığı imkan verən hər bir gəncin hərbi xidmət keçməsinə şərait yaradır”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, son günlər yaş həddinin endirilməsi ilə bağlı yayılan söz-söhbətin heç bir əsası yoxdur: “Yaş həddi 27 müəyyən olunan zaman bir qrup şəxs ali təhsili davam etdirərkən hərbi çağırışdan kənarda qalırdı. Bu da onlar üçün gələcəkdə müəyyən problemlər yaradırdı. Misal üçün, bir çox dövlət qurumunda çalışmaq üçün hərbi biletin olması vacibdir”. A.Mirzəzadə bildirib ki, maksimum çağırış yaşı 27-dən 35-ə qaldırıldıqdan sonra Azərbaycanda ordu sıralarından yayınma halları minimuma enib: “Azərbaycan Ordusunun bugünkü qüdrətinin və günün tələblərinə cavab verməsinin əsas səbəblərindən biri də orduya yararlı olan bütün kontingentin hərbi xidmətə cəlb olunmasıdır”.
URL / WWW
http://kelam.az/article/a-7259.html