Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Kuba səfirinin etimadnaməsini qəbul edib
11.10.12 00:46

Prezident İlham Əliyev bu gün Kubanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteronun etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd edib. Kubanın yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteron ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib. Səfir Azərbaycan ilə Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.Görüşdə birgə layihələr, sərmayə qoyuluşu, səhiyyə, idman, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-7258.html