Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Muzey Mərkəzində “İdman-incəsənət” sərgisi açılacaq
09.10.12 19:36

Bu gündən başlayaraq oktyabrın 15-dək Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Muzey Mərkəzi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İdman-incəsənət” (Sport-Art) sərgisi təşkil olunacaq. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgi “Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyinin keçirilməsi haqqında” Tədbirlər Planına uyğun olaraq təşkil olunur. Sərginin keçirilməsində məqsəd ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin incəsənət əsərləri vasitəsi ilə nümayişi, gənc nəslin idman və incəsənətə marağının artırılmasından və idmanın insan həyatındakı hərtərəfli əhəmiyyətini göstərməkdən ibarətdir.Qeyd edək ki, Dövlət Rəsm Qalereyasının Fondunda saxlanılan 15 rəngkarlıq və 1 heykəltəraşlıq əsəri arasında Xalidə Səfərovanın, Arif Qazıyevin, Tofiq Ağabayevin, Nadir Qasımovun və digərlərinin əsərləri ilə başlanan sərginin gənc nəslin nümayəndələrinin müxtəlif üslubda çəkilmiş əsərləri ilə tamamlanması nəzərdə tutulur.
Sərginin açılışı 9 oktyabr, saat 18:00 baş tutacaq.
URL / WWW
http://kelam.az/article/a-7257.html