Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İçərişəhərdə “YAY!”ın açılışı olacaq
09.10.12 19:36

Sabah İçərişəhərdə tikilən ilk “YAY!” Müasir İncəsənət Qalereyasının açılışı olacaq. “KƏLAMİNFO” xəbər verir ki, qalereya gənc rəssamlar Faiq Əhməd, Fərid Rəsulov və Elşən İbrahimovun əsərlərindən ibarət sərgi ilə açılacaq. Qalereya bundan sonra rəssamların yaradıcılıq sınaqları üçün nəzərdə tutulub. “YAY!” qalereyasının əsas məqsədi Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim etmək və dünya incəsənətində meydana çıxan yeni cərəyanlar və adlarla paytaxt sakinlərini tanış etməkdir.
Qeyd edək ki, qalereyasında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş olunacaq.
Sərgi 2012-ci il noyabrın 11-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-7256.html