Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakı bu gündən beynəlxalq festivala ev sahibliyinə başlayır
09.10.12 19:36

Bu gün ölkəmizdə I Bakı Beynəlxalq İdman Filmləri Festivalı start götürür. “KƏLAMİNFO” xəbər verir ki, festival Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilir. 20-dək ölkənin qatılacağı tədbirdə 50-dən çox bədii və sənədli filmin nümayişi gözlənilir.
Festivalın təntənəli açılışı oktyabrın 9-da saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək. Münsiflər heyətində dünya kinematoqrafiya və idman aləmində böyük nüfuza malik simaların təmsil olunacaq. Filmlərin nümayişi Nizami Kino Mərkəzinin zallarında keçiriləcək.
Festival iştirakçıları ən yüksək mükafat – “Qran-Pri” ilə yanaşı “İdman və cəmiyyət”, “İdman və şəxsiyyət” nominasiyaları üzrə qiymətləndiriləcək. Bundan əlavə münsiflər heyəti tərəfindən “Xüsusi mükafat” da veriləcək.
Festival oktyabrın 11-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-7255.html