Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı davam edir
10.10.12 01:36

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının I Regional Konfransı davam edir.

“KƏLAMİNFO” xəbər verir ki, tədbirdə iştirak etmək üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan dövlət qurumları, Avropa Komissiyasının nümayəndələri və QHT sektorunu təmsil edən 120-dən artıq iştirakçı təmsil olunur. Ölkəmizi konfransda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.Tədbirdə altı ölkə üzrə mədəniyyət siyasətinə dair təməl araşdırmaları, ümumi regional tədqiqatın hesabatının təqdimatı ilə bərabər, həmin mövzuya dair hökumət idarəçiliyi ilə vətəndaş cəmiyyəti təşəbbüslərinin ümumi meyarlar üzrə işlərinin qurulması, regionun inkişafında mədəniyyətin strateji rolu və s. məsələlər müzakirə olunur.
İclasda xüsusi təqdimatlara da yer ayrılıb. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin konfrans iştirakçıları qarşısında ölkəmizdə keçirilən tədbirlər və islahatlar, həmçinin Bakıda ikinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında çıxışı nəzərdə tutulub.
Konfrans işini bu gün bitirəcək.
URL / WWW
http://kelam.az/article/a-7254.html