Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Orta məktəblər üçün atlaslarda yeniliklər edilib
09.10.12 19:36

Orta məktəblərin 6-cı sinfi üçün fiziki-coğrafi atlas, kontur xəritə və iş dəftəri yeni variantda proqrama uyğun çap edilib. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.
O qeyd edib ki, bu vəsaitlər əvvəllər olub, ancaq indiki isə həm dizayn baxımdan yenidir, həm də proqrama uyğunlaşdırılaraq bu ildən şagirdlərin istifadəsinə verilib: “Bəzən dərsliklər dəyişir. Ona görə də məcbur oluruq ki, atlasları proqrama uyğun hazırlayaq” deyən M.Bayramov əlavə edib ki, 8-ci sinfin atlası da yenidən işlənib və ora əlavələr edilib. Onun sözlərinə görə, orta məktəb müəllimlərinin xahişi ilə Xəzərin öyrənilməsi üçün ilk dəfə olaraq dənizin xəritəsi verilib. Bundan başqa, həmin atlasda bəzi dəyişikliklər olub. Bu atlas Azərbaycan və rus dillərində hazırlanıb. Həmin atlas da bu ildən şagirdlərin istifadəsinə verilib.
URL / WWW
http://kelam.az/article/a-7249.html