Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İlin axırına kimi Azərbaycanın Milli Atlasının ilkin versiyası hazır olacaq
09.10.12 19:36

“Azərbaycanın Milli Atlasının hazırlanması ilə bağlı işlər davam etdirilir. Bu ilin axırına kimi Atlasın ilkin versiyası, maketi hazır olacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Torpaq Xəritəçəkmə Komitəsi  Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov məlumat verib.Onun sözlərinə görə, gələn il isə Atlasın çap edilməsi planlaşdırılır. M.Bayramov deyib ki, Milli Atlas 24 bölmədən ibarətdir. Milli Atlasda Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı, təhsili, səhiyyəsi, aqrar və digər sahələri əks olunacaq. M.Bayramov Atlasda yer alacaq bölmələri də açıqlayıb. O deyib ki, Atlasda Azərbaycanın ümumcoğrafi xarakteristikası, Xəzər dənizi, yer qabığının geoloji quruluşu və ehtiyatları, paleocoğrafiya, relyef və geomorfologiya, iqlim və iqlim ehtiyatları, səth suları və hidroloji ehtiyatlar, torpaq və torpaq ehtiyatları, bitki örtüyü, heyvanlar aləmi, landşaft, əhali, sənaye, kənd təsərrüfatı, nəqliyyat, sosial mühit, Azərbaycan dilinin dialektologiyası, xarici iqtisadi əlaqələr, turizmi, tarixi və digər sahələri əks olunacaq.  Onun sözlərinə görə, Atlas  təxminən 1000-dən çox xəritəni özündə birləşdirəcək. Bu Azərbaycan üçün mükəmməl bir sənət əsəri olacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il aprelin 20-də “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşr edilməsi ilə bağlı Sərəncam imzalayıb.
URL / WWW
http://kelam.az/article/a-7248.html