Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Koreya universitetlərində 70 nəfərdən artıq azərbaycanlı təhsil alır
10.10.12 02:36

Təhsil naziri Misir Mərdanov Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə Misir Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb.

Təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə arasında tələbə mübadiləsinin ilbəil artdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb.
M.Mərdanov ölkəmizin 5 ali məktəbində koreyaşünaslıq üzrə tədris aparıldığını bildirib.Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx əlaqələr qurmağa xüsusi önəm verdiyini açıqlayan səfir tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb.
Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-7247.html