Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentə tövsiyə olunub
09.10.12 19:35

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, komitə sədri Ziyad Səmədzadənin sədrliyi ilə keçən iclasda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitə sədri bildirib ki, layihə enerji təhlükəsizliyi baxımından çox vacibdir. Layihə barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Metrologiya xidmətinin rəisi Oqtay Abbasov məlumat verib. O qeyd edib ki, bu sahəni tənzimləyən mövcud qanun 2000-ci ildə qəbul olunub və bu qanun hazırda mövcud dövrün beynəlxalq standartlarına cavab vermir: “Yeni qanun hazırlanarkən metrologiya sahəsində dünya praktikası öyrənilib və tətbiq edilib. Yeni sənəd Avropa Komissiyasının ekspertləri tərəfindən müzakirə edilib və onların layihə ilə bağlı təklifləri nəzərə alınıb”. Yeni qanunun müzakirələri zamanı deputat Vahid Əhmədov, Əli Mənsimli, İlham Əliyev və başqaları təkliflərini səsləndiriblər. Deputatlar Azərbaycanda istehsal olunan və ölkəyə idxal olunan bir sıra məhsulların keyfiyyətindən narahatlıqlarını bildirdilər, bu qanun layihəsində bu kimi problemlərin nəzərə alınmasını tövsiyə ediblər.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-7246.html