Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP-ın 500 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib
02.02.10 20:56

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 500 mininci üzvünə partiya vəsiqəsinin təqdimolunma mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, partiyanın mərkəzi qərargahında keçirilən mərasimdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov əvvəlcə 2 Fevral – Gənclər Günü münasibətilə gəncləri təbrik edib. Ə.Əhmədov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib.YAP sədrinin müavini qeyd edib ki, bu gün Azərbaycanı bütün dünyada layiqincə təmsil edə bilən gənc nəsil formalaşıb. Bu da dövlətimizin gənclərə olan diqqət və qayğısının təzahürüdür. “Ümummili lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda elə bir sahə yoxdur ki, orada gənclər təmsil olunmasın. Bütün bu işlərin görülməsində məqsəd Azərbaycanda sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşmasıdır. Sevindirici haldır ki, bu məqsədlərə nail olunur”,-deyə YAP sədrinin müavini vurğulayıb. YAP üzvlərinin sayının təxminən 40 faizinin gənclərdən ibarət olduğunu deyən Əli Əhmədov hər il partiya sıralarına 30 min civarında insan qoşulduğunu bəyan edib. Ə.Əhmədov partiya üzvlərinin sayının 500 min nəfərə çatmasının qürurverici hal olduğunu söyləyib. “Bu fakt bir daha təsdiq edir ki, YAP ölkəmizdə ən böyük və güclü siyasi təşkilatdır. Digər partiyaların hamısı birləşsə, say, güc və digər parametrlərinə görə YAP-la müqayisə oluna bilməz. Azərbaycanda hər 10 seçicidən biri artıq YAP üzvüdür. Bu çox yüksək rəqəmdir və dünyada əhalisinin sayı bizim ölkənin əhalisinin sayı qədər olan ölkələrdəki partiyaların heç birində bizim partiyanın üzvü qədər üzvü olan siyasi qurum yoxdur”.-deyə o vurğulayıb. Daha sonra Ə. Əhmədov YAP-ın 500 mininci üzvü Ləman Fərzəliyevaya partiyanın vəsiqəsini təqdim edib. Bakı Dövlət Universitetinin tələbəsi Ləman Fərzəliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın 500 mininci üzvü olmasından qürur duyduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-724.html