Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İordaniyada parlament buraxıldı
03.10.12 14:57

İordaniya kralı Abdullah parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul edib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, İordaniya parlamenti Nümayəndələr Palatası və Senat olmaqla iki qanaddan ibarətdir. 120 deputatdan ibarət Nümayəndələr Məclisi seçki yolu ilə formalaşır. Parlamentin alt qanadının buraxılması qərarının ölkədəki qarışıqlığın qarşışını almaq üçün verildiyi bildirilir. Ölkə müxalifəti uzun müddətdir dəyişiklik tələb edir. “Ali İslahat Komissiyası” adlı müxalif blokda birləşən, “Müsəlman Qardaşlar” və bəzi sol mövqeli partiyalar da daxil olmaqla 81 təşkilat bu gün paytaxt Əmmanda mitinq keçirəcəyini elan edib. Hökumət tərəfdarları da eyni yerə aksiya təyin edib, amma daha sonra toqquşma ehtimalını nəzərə alaraq qərarından daşınıb.
URL / WWW
http://kelam.az/article/a-7236.html