Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Q.Məmmədov: “Ölkədə pirat xəritə və atlasların çıxarılması faktları mövcuddur”
02.02.10 20:56

Ötən il kartoqrafiya sahəsində fəaliyyət göstərməsi üçün təşkilatlar tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə (DTXK) 7 müraciət daxil olub. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri DTXK-nin sədri Qərib Məmmədov rəhbərlik etdiyi qurumun hesabat yığıncağında söyləyib. O qeyd edib ki, quruma təqdim olunan sənədlərin ekspertizadan keçirmək və müvafiq komissiyaların qərarı ilə onlara lisenziya verilib, Nəticədə dövlət büdcəsinə 7700 manat məbləğində vəsait ödənilib. Ölkədə pirat xəritə və atlasların çıxarılması faktlarının da mövcudluğunu açıqlayan Q.Məmmədov bildirib ki, bu məqsədlə 8 reyd keçirilib və müəyyən edilən saxta kartoqrafiya materiallarının satışdan götürülməsi üçün müvafiq tədbirlər görülüb. Onun sözlərinə görə, 6 müəssisə və təşkilatda geodeziya-kartoqrafiya sahəsində fəaliyyətlərinin olub-olmaması barədə araşdırmalar aparılıb və bu sahədə fəaliyyət göstərən müəssisələrin işində aşkar edilən bəzi çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.
URL / WWW
http://kelam.az/article/a-723.html